XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

19 Fevral 2016 - 21:57

Səudiyyəli nazir:“Məqsədimiz Əsədi devirmək deyil, İŞİD-i yox etməkdir”

“Suriyada gözlənilən quru əməliyyatlarında Bəşər Əsədə yox, İŞİD-ə qarşı döyüşəcəyik”.

Strateq.az xəbər ki,  bu açıqlamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr verib. O, əl-Ərəbiyyə telekanalına açıqlamasında həmçinin deyib: 

"Səudiyyə Ərəbistanı beynəlxalq koalisiyanın tərkib hissəsi kimi, İŞİD-i yox etmək məqsədiylə Suriyaya xüsusi qüvvələrini göndərməyə hazırdır. Tək vəzifə və məsuliyyətimiz bundan ibarətdir".

Xüsusi döyüş dəstələrinin yalnız beynəlxalq koalisiya çərçivəsində Suriyaya girəcəyini deyən nazir təktərəfli əməliyyatlardan söhbət getmədiyini də vurğulayıb.