XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2018 - 16:37

Macarıstanda etirazların beşinci günü:dövlət televiziyasında çxış etmək istəyən deputatlar binadan zorla çıxarıldı

Minlər etirazçı artıq beşinci beşinci gecə Macarıstan dövlət televiziyası qarşısında Baş nazir Viktor Orban hökumətinə etiraz edir.

Nümayişçilər dekabrın 17-də “Buranı tərk etməyəcəyik!”, “Onlar gecə-gündüz yalan danışırlar!” şüarlarını səsləndiriblər. İki deputat məhkəmələrə, medianın böyük hissəsinə nəzarəti gücləndirmiş Orbana qarşı petisiyanı yayımlamaq istəyəndə binadan çıxarılıb.

Müstəqil deputatlar Bernadette Szel və Akos Hadhazy canlı yayımda petisiyanı səsləndirmək istəyiblər, təhlükəsizlik əməkdaşları onları binadan çıxarıb. Szel insidenti “Facebook” səhifəsində canlı yayımlayıb.

Petisiyada hökumətin “qul qanunları”nın ləğvi tələb olunurdu.

MTVA telekanalı qarşısında parlamenti 10-dan artıq üzvü də etiraz edib, tələblərini efirdə səsləndirmək istəyiblər.

Bu son ayların ən böyük etirazıdır, altı günlük iş həftəsinə qayıdışa imkan verən yeni əmək qanunun qəbuluna qarşı keçirilir. Ancaq etirazçılar hökumət korrupsiyası ilə mübarizə, müstəqil məhkəmələrin yaradılması, müstəqil medianın qorunması üçün tədbirlər görülməsini tələb edirlər.

“Tələblərimiz dövlət mediasında səsləndirilməyincə etirazları davam etdirəcəyik. Heç yerə gedən deyilik”, – deputat Timea Szabo etirazçılara deyib.
Hökumət yeni əmək qanununu müdafiə edir, onun özəlliklə də çiçəklənən avtomobil və emal sektorlarında fəhlə çatışmazlığını yüngülləşdirəcəyini deyir. Orbanın müttəfiqləri bu etirazları əslən macar amerikalı xeyriyyəçi Corc Sorosun maliyyələşdirdiyi liberal qrupların təşkil etdiyini deyir. Soros Orbanın daimi hədəfidir.

(Azadlıq radiosu)