XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 19:00

“Qonşu ölkələrin xüsusi xidmətləri terror qruplarını birbaşa dəstəkləyir” –İranın təhlükəsizlik naziri deputatlara hesabat verdi

“Biz hazırda elə bir vəziyyətlə üzləşirik ki, qonşu və ayrı-ayrı ölkələrin təhlükəsizlik xidmətləri terrorçu qrupları birbaşa və tam şəkildə dəstəkləyir”.

Strateq.az “Təsnim” İA-ya istinadla xəbər verir ki, bunu İran parlamentində keçirilən dinləmələrdə ölkənin informasiya və təhlükəsizlik naziri Seyyid Mahmud Ələvi bildirib.

Ələvinin sözlərinə görə, bu gün təhlükəsizlik şəraiti ötən ilkilərdən ciddi fərqlənir.

Əcnəbi qaynaqlar anti-İran meylli terrorçu qruplarını maliyyələşdirir, dəstəkləyir və onlara təlim verirlər.

Nazir bildirib ki, İranın əsas təhlükəsizlik problemləri şimal-qərb, cənub-şərq və cənub-qərb hissələrində cəmləşib. “Əvvəllər yalnız “Kalaşnikov” avtomatları ilə silahlanan terrorçu qrupların hazırda sərhəddən keçmək və İranda əməliyyatlar aparmaq üçün istifadə etdiyi qabaqcıl üsulları var”.

Ələvi qeyd edib ki, onlar motosiklet, yolsuzluq maşınları (SUV) və hətta zenit qurğuları ilə təchiz olunublar.

Təhlükəsizlik xidməti rəhbəri deyib: “Terrorçular elementar partizan fəaliyyəti və hərbi təlim keçiblər. Bundan əlavə, informasiya-kəşfiyyat mənbələrini məxfiləşdirməyi öyrəniblər”.