XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 19:23

Ermənistanda nazirliklərin bəziləri ləğv ediləcək –Yeni qurumlar yaradılacaq

Ermənistanda mövcud olan 17 nazirlik hökumətin yenidən qurulması nəticəsində 12-yə enəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, yaxın vaxtlarda müzakirəyə çıxarılacaq “Ermənistan Respublikası hökumətinin quruluşu və fəaliyyəti haqqında” qanununa əlavə və dəyişiklik layihəsinə görə, həmçinin baş nazirin birinci müavini vəzifəsini ixtisar etmək nəzərdə tutulur.

Yerli KİV bu vəzifənin vaxtilə prezident Serj Sarkisyan tərəfindən keçmiş baş nazir Karen Karapetyan üçün məxsusi təsis edildiyini yazır.

Bununla yanaşı, Diaspor Nazirliyi ləğv edilməklə bərabər, nəqliyyat, enerji və dövlət əmlakına nəzarət edəcək İnfrastruktur və Dövlət Əmlakı Nazirliyinin yaradılacağı qeyd olunur.