XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 09:17

“The Economist” Ermənistanı “İlin ölkəsi” elan etdi –İnqilab demokratiya və yenilənmə imkanı qazandırıb

“The Economist” jurnalı Ermənistanı “İlin ölkəsi” adlandırıb. Məcmuə bildirir ki, bu ölkə, küçə etirazları hökuməti dinc yolla dəyişdikdən sonra demokratiya və yenilənmə şansı əldə edib.

Londonda çıxan jurnal dekabrın 18-də yazıb ki, keçmiş antikorrupsiya jurnalisti və müxalifətçi millət vəkili Nikol Paşinyan korrupsiya və səriştəsizliyə qarşı etirazların dalğası ilə legitim və qaydalı şəkildə hakimiyyətə gəlib.

Paşinyanın may ayından başlatdığı etiraz aksiyaları uzun müddətdə prezidentlik etmiş Serj Sarkisyanın istefası ilə nəticələnib. Paşinyanın “Mənim addımım” alyansı dekabrın 9-da keçirilmiş parlament seçkisində səslərin 70 faizinə sahiblənərək qalib gəlib.

“The Economist” yazır: “Putinsayağı hakim devrilib və heç kəs öldürülməyib. Rusiyaya müdaxilə bəhanəsi verilməyib. Təlatümlü regionda yerləşən, qədim və çox vaxt da düzgün idarə olunmayan ölkə indi demokratiya və yenilənmə imkanı qazanıb”.

Lakin həftəlik jurnal yazır ki, Ermənistanın Azərbaycanla separatçı Dağlıq Qarabağ regionuna görə xatalı münaqişəsi hələ də həllini tapmayıb və yenidən alovlana bilər.

“The Economist” jurnalı 2013-cü ildən başlayaraq “İlin ölkəsini” müəyyən edir. Bu titul son 12 ayda ən böyük yaxşılaşma nümayış etdirmiş ölkələrə verilir.

(Azadlıq radiosu)