Moskva məhkəməsi müxalifət lideri Aleksey Navalnının saytının bloklanması barədə qərar qəbul edib.
Strateq.az bildirir ki, bununla da məhkəmə “Roskomnadzor”un “Ağıllı səsvermə” saytının bağlanması barədə vəsatətini təmin edib.
Məhkəmə saytı istifadəçilərin fərdi məlumatlarının qorunması ilə bağlı qaydaları pozmaqda günahkar bilib. Öz vəsatətində dövlət qurumu bildirib ki, istifadəçilərin fərdi məlumatlarını açıqlayan Navalını öz saytında onlara bu məlumatlarla razılaşmamaq imkanı vermir. Məhkəmə həmçinin diqqət yetirib ki, sayta daxil olan istifadəçilərə müxtəli malları almaq üçün bank kartını daxil etmək təklif edilir. Bu kart məlumatlarından sonra necə istifadə olunacağı isə naməlum qalır.
Navalnı “ağıllı səsvermə” layihəsini özünün seçkilərlə bağlı yeni konsepsiyası çərçivəsində noyabrın sonlarında istifadyə vermişdi.