XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 13:33

Vaşinqton bu şəxslərə qarşı sanksiyaların müddətini uzatdı –SİYAHI

Amerika Birləşmiş Ştatları Özbəkistan, Rusiya, Ukrayna və digər ölkələrdən hökumətə bağlı şəxslərə maliyyə və səyahət sanksiyalarının müddətini uzadıb.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, bu addım Birləşmiş Ştatların dünyada insan haqlarını pozanlara, korrupsioner məmurlara qarşı qanunu çərçivəsində gerçəkləşdirilir. Dekabrın 19-da verilmiş qərarla Özbəkistanın mərhum prezidenti Islam Kərimovun böyük qızına, Rusiyanın Baş prokuroru Yury Çaykanın oğluna, Ukraynanın çevik polis komandirinə və digər şəxslərə sanksiyaların vaxtı uzadılıb.

Həmin sanksiyalar ötən il, ilk dəfə olaraq “Qlobal Magnitski Aktı” çərçivəsində tətbiq olunub. 2016-cı ildə qəbul olunmuş bu qanun 2012-ci ildə ancaq rusiyalıları hədəfə alan başqa bir qanunun əsasında hazırlanıb. Rusiyalı vəkil Sergei Magnitski 2009-cu ildə həbsxanada dünyasını dəyişib. O, özünün ifşa etdiyi vergidən yayınma sxemində iştirakda ittiham olunub.

SİYAHIDA KİMLƏR VAR

Moskva sanksiyaları pisləyib. Özbəkistanın mərhum prezidentinin böyük qızı Gulnarə Kərimova uzun illər atasının varisi hesab olunub. Jurnalistlər və avropalı müstəntiqlər onun beynəlxalq nəhəng telekommunikasiya şirkətlərinə qarşı irimiqyaslı rüşvətxorluq və pulqoparma sxemində iştirakını üzə çıxarandan sonra durum dəyişib. Ötən il Özbəkistan Baş Prokurorluğunun Kərimovaya ittiham irəli sürdüyü bildirilir.

Rusiya Baş prokurorunun oğlu Artyom Çayka da siyahıdakı tanınmış isimlərdəndir. O, atasının vəzifəsindən yararlanaraq özünün nüfuz dairəsini yaratmaqda ittiham olunur. “Magnitski Aktı” 2012-ci ildə qəbul olunandan bir neçə ay sonra Rusiya Prezidenti Vladimir Putin rusiyalı uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsini yasaqlayan qanunu imzalayıb.

2016-cı ildə “Magnitski Aktı”nın qlobal versiyasının hazırlanması yönündə iş getdiyi bir dönəmdə Vaşinqtonda gizli lobbiçilik kampaniyası işə düşdü, Magnitskinin üzə çıxardığı sxem, onun ölümü barədə deyilənlərə zərbə vurmağa çalışdı.

Bu kampaniyanı qismən Çayka ilə əlaqələri olan biznesmen maliyyələşdirirdi. 2016-cı ilin iyununda Prezident Donald Trampın böyük oğluyla görüşmüş vəkil Natalia Veselnitskaya da bu işin içində idi. Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Trampın seçki kampaniyası ilə Rusiyanın mümkün işbirliyini araşdırır.