XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2018 - 18:34

Avropa Komissiyası “Sərt Brexit” üçün təcili plan hazırlayıb- Açıqlama

“Avropa Komissiyası Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən müvafiq saziş imzalanmadan tərk etməsi (“sərt Brexit”) müqabilində görüləcək təcili tədbirlər planını dərc edib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Brüssel şəhərində (Belçika) keçirdiyi mətbuat konfransında Aİ-nin avro və sosial dialoq komissarı Valdis Dombrovskis bildirib.

“Böyük Britaniyanın İttifaqdan çıxmasını yumşaltmaq üçün 14 təcili tədbirdən ibarət plan qəbul etmişik”, – deyə komissar qeyd edib.

Xatırladaq ki, dekabrın 13-14-də keçirilən Aİ zirvə görüşü zamanı Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker sazişin Böyük Britaniyada təsdiqlənməsilə bağlı çətinlikləri nəzərə alaraq, Aİ-nin “Sərt Brexit” variantına hazırlığı sürətləndirdiyini, yaxın vaxtlarda müvafiq plan dərc etdirəcəklərini bildirmişdi.

Daha əvvəl Böyük Britaniya hökuməti Aİ üzvlüyünü yekun saziş imzalamadan tərk etmək üçün hazırlıqları sürətləndirmişdi.