2018-ci ildə Ukraynada qızılca xəstəliyindən 16 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Sonuncu dəfə ötən həftə Odessada qızılcadan bir uşaq dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qızılca xəstəliyi ilə bağlı göstəricilər yüksəkdir. Son bir həftədə Ukraynada 2656 nəfər bu xəstəliyə tutulub.
Nazirlik hesab edir ki, qızılcanın yayılmasının əsas səbəbi valideynlərin uşaqlarını bu xəstəliyə qarşı peyvənd etdirməməsidir. Nazirlik xəstəliyin yayılmaması üçün uşaqların peyvənd edilməsini vacib sayır.