XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Dekabr 2018 - 09:19

Obama 90 dəqiqəlik Santa oldu –Sabiq prezident xəstə uşaqları ziyarət edib

Barak Obama başına Santa Klaus papağı qoyaraq uşaqların Milad bayramını təbrik edib.

Strateq.az “Vaşinqton Post”a istinadla xəbər verir ki, ABŞ-ın sabiq prezidenti paytaxtdakı xəstəxanalardan birinə baş çəkib.

Milli Uşaq Xəstəxanasının azyaşlı pasiyentlərini təbrik edən Obama onlara müxtəlif hədiyyələr təqdim edib.

90 dəqiqə ərzində xəstəxana palatalarını bir-bir gəzən Barak Obama xəstələrlə “selfie” də çəkdirib.

Yeri gəlmişkən, Obamanın xəstəxanaya gəlişi barədə xəbəri ancaq personal bilsə də, şayiələrin yayılması sayəsində müəssisənin qarşısında böyük kütlə toplaşıb.

Direktor Kurt Nyuman deyib: “Bu hadisə illərlə xatırlanacaq”.