XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2016 - 11:26

Dünya şöhrətli yazıçıUmberto Eko vəfat etdi

 

Umberto Eko

Dünya şöhrətli italyan yazıçısı Umberto Eko vəfat edib.

Strateg.az azertag.az-a istindən xəbər verir ki, 84 yaşlı yazıçı dünən axşam saatlarında öz evində keçinib. Bir çox mükafatlara sahib olan Umberto Eko daha çox “Gülün adı” romanı ilə tanınırdı. Bu əsər ona dünya şöhrəti qazandırıb.

Eyni zamanda o, “Fukonun rəqqası” (1988), “Bir gün əvvəlki ada” (1994) və digər məşhur əsərlərin müəllifidir. Yazıçının son romanı “Sıfır sayı” 2015-ci ildə işıq üzü görüb.

 

İtaliyanın Alessandriya şəhərində dünyaya göz açan yazıçı müxtəlif vaxtlarda tarix və jurnalistika ilə məşğul olub. U.Eko fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibidir.