XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 19:40

ABŞ İraqa güzəştə getdi –İrana qarşı sanksiyalarla bağlı

ABŞ İraqa İrana qarşı qüvvədə olan sanksiyalarına görə güzəştə gedib. 

“Rudaw” telekanalı xəbər verir ki, rəsmi Bağdad Tehrandan təbii qaz və elektrik enerjisi idxal etmək üşün 90 günlük möhlət qazanıb.

Bu da tərəflər arasında aparılan danışıqlar nəticəsində əldə edilib.

Qeyd edək ki, noyabrın 9-da ABŞ hökuməti təbii qaz və elektrik enerjisi tədarükü üçün alternativ mənbələr tapmaq üçün İraqa 45 günlük möhlət verməyə hazır olduqlarını bildirmişdi. İraq İrandan gündəlik 28 milyon kubmetr təbii qaz və 1,3 mVt elektrik enerji idxal edir.

Xatırladaq ki, ABŞ İranın neft sektoruna qarşı sanksiyaları noyabrın 5-dən tətbiq edib. ABŞ Maliyyə Nazirliyisanksiyaların 700-dən artıq hüquqi və fiziki şəxsə qarşı yönəldildiyini açıqlamışdı/Report.