XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 20:20

“ABŞ-ın İrana sanksiya qərarı bizi hədəfimizdən döndərə bilməyəcək” –Ərdoğan

“Məqsədimiz İran ilə ikitərəfli iqtisadi əlaqələrimizi siyasi əlaqələrimizlə eyni səviyyəyə çıxarmaqdır. Ticarət dövriyyəmizi 30 milyard dollar səviyyəsinə çıxarmağı hədəfləyirik. Təəssüf ki, hazırkı rəqəmlər hədəfimizin altındadır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran işgüzar forumunda bildirib.

“Bu gün cənab Vaiziyə və Albayrağa tapşırığımızı verdik. Artıq bunu bu gün-sabah bitirin dedik. Bu işi sürətləndirmək lazımdır. ABŞ-ın sanksiya qərarı bizi hədəfimizdən döndərə bilməyəcək. Sanksiyalara qarşı çıxdığımızı və bunun İran xalqını cəzalandırmaq olduğunu hər zaman qeyd edirik”, – Ərdoğan deyib/Axar.az.