XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 22:25

Hakerlər Rusiya kəşfiyyatının arxivinə girdi, 300 səhifədən çox sənədi yaydılar –Kəşfiyyatçılar nələri izləyirmiş?

Özlərini “Digital Revolution” adlandıran haker qrupu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə məxsus olan “Kvant” Elmi-Araşdırma İnstitutunun serverini sındırdıqlarınıı elan edib.

Hakerlər həmin institut tərəfindən sosial şəbəkələrdə əhalinin ümumi əhval-ruhiyyəsinin və fikirlərinin təhlil olunduğunu aşkar ediblər.

“Digital Revolution” həyata keçirdiyi akt barədə “Tvitter” hesablarında məlumat verib. Bununla bağlı qrup sosial şəbəkədə #kvantnaş həştəqini yaradıb.

Dekabrın 6-da hakerlər “Kvant”ın əməkdaşlarına ünvanlanan məktubu yayımlayıblar. Dekabrın 19-da “Digital Revolution” institut tərəfindən mətbuat və sosial şəbəkələrin izlənilməsi prinsiplərini əks etdirən sənədlərin surətlərini ortaya qoyub. Həmin sənədlərdə Rusiya vətəndaşlarının “Vkontakte”, “Odnoklassniki”, “Facebook” və “İnstagram”da yazdıqları və paylaşdıqları mesajların təhlil olunduğu ortaya çıxıb.

BBC hakerlərin 300 səhifədən çox sənədi internetdə nümayiş etdirdiyini bildirib. Aşkar olunan raportlardan görünür ki, Rusiya təhlükəsizlik orqanları əsasən əhali arasında hökumətə qarşı etiraz və çıxışların monitorinqini aparıb.

“Kvant” elmi-araşdırma institutu ABŞ tərəfindən sanksiya tətbiq edilən qurumlardan sayılır. Hazırkı anda institutun saytına daxil olmaq mümkün deyil/Musavat.com.