XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2018 - 09:06

Ruhani:"İran Türkiyənin elektrik enerjisinə olan ehtiyaclarını ödəməyə hazırdır"

İran Türkiyənin elektrik enerjisinə olan ehtiyaclarını ödəməyə hazırdır.

Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Türkiyədə iranli biznesmenlərlə görüşü zamanı deyib.

Ruhani qeyd edib ki, ölkəsi ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaları İran və Türkiyə iqtisadiyyatlarının yaxınlaşması üçün bir imkan kimi istifadə edəcək. O, həmçinin, ABŞ-ın sanksiyalarını “kobud və ədalətsiz” adlandırıb.