XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 10:03

Yunanıstan və Makedoniyanın Baş nazirləri namizəd oldu –Nobel Sülh Mükafatına

Yunanıstanın və Makedoniyanın Baş nazirləri Aleksis Tsipras və Zoran Zaev 2019-cu il Nobel Sülh Mükafatına namizədlər sırasındadırlar.

Baş nazirlərin namizədliklərini 2015-ci ildə Nobel Sülh Mükafatı laureatı olan tunisli Uided Buşamaui irəli sürüb. U.Buşamaui bildirib ki, dünya və xüsusilə Avropanın yaxşı xəbərlərə ehtiyacı var. Makedoniyanın adının dəyişdirilməsi prosesi münaqişələrdə həll yollarının tapılmasının mümkün olduğunu nümayiş etdirib.

Qeyd edək ki, iyun ayında Yunanıstan hökuməti Makedoniya hökuməti ilə sonuncunun adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi ilə bağlı saziş imzalayıb. Bununla bağlı Makedoniyada keçirilən referendumda fəallıq 36,91 faiz təşkil etdiyinə görə səsvermə etibarsız sayıldı. Referendumda iştirak edənlərin əksəriyyəti sazişin lehinə səs verib. Oktyabr ayında Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini dəstəkləyib. Bununla da ölkənin NATO və Avropa İttifaqına daxil olması üçün münbit şərait yaranıb.