XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 13:35

Hərbi ekspert:"Rusiya hərbi bazası olmasaydı, Ermənistan mövcud olmazdı"

Moskva siyasi və hərbi təhlil mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mətbuatına verdiyi açıqlamada kifayət qədər əks-səda doğurmuş bəyanat səsləndirib.

Xramçixin Ermənistanın bu gün məhz Rusiya qoşunlarının onun ərazisində olması hesabına mövcud olduğunu vurğulayıb.

Ekspert deyib: “Mən bu barədə çox danışmışam. Məncə, Ermənistan bu gün ona görə mövcuddur ki, ərazisində Rusiya hərbi bazası var. Bu, o qədər açıq-aşkardır ki, bu məsələ ilə bağlı hər hansı sualların ortaya çıxması mənə qəribə gəlir”.

Onun sözlərinə görə, Ermənistan spesifik geosiyasi mövqedə yerləşdiyindən onların güzəştə getdiyi ilə bağlı iddiaları yersizdir, çünki Yerevanın başqa variantı da yox idi: “Əlbəttə, o, Rusiya hərbi bazasından imtina edə bilər. Ancaq belə olan halda hər şey onun üçün çox tez dəyişəcək”. (virtualaz.org)