XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 14:33

Ağ Ev müdafiə nazirinin istefa səbəbini açıqladı:“Tramp və Mettis arasında fikir ayrılığı var idi”

AppleMark

ABŞ Prezidenti Donald Tramp və Pentaqonun rəhbəri Ceyms Mettis arasında bir sıra məsələlərdə fikir ayrılığı mövcud olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders “Fox News” telekanalının efirində ABŞ müdafiə nazirinin istefasını şərh edərkən deyib. Onun sözlərinə görə, prezident və nazir müxtəlif fikirlərdə olsalar da, onların münasibəti əvvəlki kimi yaxşıdır. “Mettis ölkəyə və prezidentə yaxşı xidmət edib, onların arasında münasibət yaxşı olaraq qalacaq”, – deyə Sanders əlavə edib.

Bununla yanaşı, Sanders ABŞ-ın siyasi kursuna dair son qərarı qəbul etmək hüququnun prezidentə məxsus olduğunu bildirib.

Xatırladaq ki, Ceyms Mettis dekabrın 20-də Prezident Donald Trampa istefa ərizəsi göndərib. Bəzi politoloqların fikrincə, onun bu qərarı Trampın Suriyadan qoşunları çıxarmaq qərarı ilə birbaşa əlaqəlidir. Mettis Pentaqonun başçısı postuna 2017-ci ilin yanvarında təyin olunub və vəzifəsini gələn il fevralın sonunda tərk edəcək.