XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 16:19

Belarus təmsilçisi KTMT-nin baş katibi təyin edildi –Lukaşenko qərarı imzaladı

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi təyin olunub. 

“Report” BelTA-ya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının bununla bağlı qərar layihəsini imzalayıb. Qeyd edək ki, bundan əvvəl KTMT üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək vermişdilər. Hətta Prezident Aleksandr Lukaşenko KTMT-nin digər üzvü olan Ermənistanın S.Zasın namizədliyinə qarşı çıxmasına təəccübləndiyini bildirmişdi.