XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2018 - 16:26

ABŞ müdafiə naziri istefa ərizəsində nə yazıb? –Rusiya və Çin məsələsi daha bir naziri yola saldı

ABŞ-ın Müdafiə naziri Mattis gələn ilin əvvəlində vəzifədən gedir. O, istefa ərizəsində yazıb ki, fikirləri Prezident Donald Trampla tamamilə “üst-üstə” düşmür. Mattis Rusiya və Çinə dair siyasəti ziddiyyətlər kimi sadalayıb.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, Mattisin prezidentə məktubu dekabrın 20-də Tramp onun vəzifəsindən gedəcəyini açıqlayandan sonra yayılıb. Həm demokratlardan, həm də respublikaçılardan konqresmenlər Mattisin vəzifədən getməsindən dərhal narahatlıq ifadə ediblər. O, administrasiyada möhkəm əl hesab olunurdu.

“SABİTLİK ADASI”

Senat demokratlarının lideri Çak Sumer jurnalistlərə deyib ki, bu istefa ABŞ administrasiyasında “xaos” əlamətidir. Tezliklə Nümayəndələr Palatasının spikeri olacaq Nensi Pelosi isə Mattisin istefa məktubundan “sarsıldığını” söyləyib.

Senatın kəşfiyyat komitəsinin sədr müavini, demokrat Mark Uorner Twitter-də yazıb ki, “bu qorxuludur”, “Mattis Tramp administrasiyasındakı xaos içində sabitlik adası idi”.

Senatda çoxluğun lideri Mit Makconnell Mattisi tərifləyib, onun administrasiyadan getməsinin “təəssüf doğurduğunu” vurğulayıb.

Bu qərardan bir gün öncə Tramp ölkənin hərbi liderlərini, konqresmenləri və beynəlxalq müttəfiqləri həm təəccübləndirib, həm də qəzəbləndirib. O, ABŞ əsgərlərinin “hamısının” Suriyadan çıxarılacağını elan edib. Suriyada hərbçilər İslam Dövləti (İŞİD) yaraqlıları və digər qüvvələrlə mübarizə aparan ərəb və kürd döyüşçülərə yardım edirlər. Xəbər agentlikləri yazırlar ki, Mattis və milli təhlükəsizlik müşavirləri bu qərara qarşıdırlar, bu addımın Rusiya, İran və Türkiyəyə qələbə qazandırdığını düşünürlər. “Reuters” Ağ evin adını çəkmədiyi aparıcı rəsmisinə istinadla yazıb ki, Mattis Trampla görüş zamanı istefa verib, onların “bəzi məsələlər” üzrə fikirlərində ziddiyyət yaranıb.

Dekabrın 20-də axşam Trampın Əfqanıstandakı ABŞ qüvvələrinin “əsaslı” hissəsini çıxarmağı planlaşdırması xəbəri yayılıb.