XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 18:32

Ukrayna aeroportlarda xarici vətəndaşlara vizaların verilməsini dayandırır- Yanvarın 1-dən

Ukrayna 2019-cu il yanvarın 1-dən etibarən aeroportlarda xarici vətəndaşlara viza verməyəcək.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibi Andrey Zayats deyib. Onun sözlərinə görə, yanvarın 1-dən beynəlxalq aeroportlarda xarici vətəndaşlara vizaların verilməsi dayandırılacaq və bunun əvəzinə elektron viza funksiyası genişləndiriləcək. Ukrayna XİN təmsilçisi etiraf edib ki, aeroportlarda vizaların verilməsi səmərəli üsul deyil. Çünki bəzən əcnəbilər ingilis dilində danışa bilmirlər, bəzən ödənişi üçün bank kartları olmur.

2019-cu il yanvarın 1-dən xarici vətəndaşlar üçün elektron vizanın qiyməti 85 ABŞ dolları olacaq.