XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2018 - 19:41

Çavuşoğlu:"Qoşunlar Suriyadan koordinasiyalı şəkildə çıxarılmalıdır”

Türkiyə Cümhuriyyəti ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq barədə qərarını məmnuniyyətlə qarşılayır.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Biz ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarını məmnuniyyətlə qarşılayırıq. İndi isə regionda boşluq yaranmasına imkan verməməliyik. Qoşunlar Suriyadan koordinasiyalı şəkildə çıxarılmalıdır”, – deyə Çavuşoğlu bildirib.

Nazir bu qərarı, həmçinin Suriya böhranının siyasi həlli üçün vacib addım adlandırıb. “Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz uzun müddətdir ki, İŞİD qruplaşması ilə mübarizə aparırıq və onu, nəhayət, məğlubolunmuş hesab edirik”, – deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. Ağ ev rəsmilərinin sözlərinə görə, sayı 2 minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına 60-100 gün vaxt lazım gələcək.