XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 20:59

Yaponiyadan Koreyaya sərt etiraz:“Bu, çox təhlükəli hərəkətdir"

Dekabrın 21-də rəsmi Tokio Seula hərbi-dəniz qüvvələrinin gəmisinin silah sistemini idarə edən döyüş radarını Yaponiyanın özünümüdafiə qüvvələrinin P-1 patrul təyyarəsinə yönəltdiyinə görə kəskin etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Takeşi İvaya həmin gün axşam təşkil edilən mətbuat konfransında məlumat verib. “Bu, çox təhlükəli hərəkətdir. Buna görə də biz qəti etirazımızı bildirmişik”, – deyə nazir vurğulayıb.

Hadisə Yapon dənizində, Hönşü adasında yerləşən Noto yarımadasının şimalında baş verib. Kyodo agentliyini bildirdiyinə görə, Yaponiya Xarici İşlər Nazirliyi də Tokio ilə Seul arasında mövcud dostluq münasibətləri fonunda baş verən hadisəni “görünməmiş” və “düşünülməmiş” adlandırıb.

Buna oxşar hadisə 2013-cü ildə Şərqi Çin dənizində Çin hərbi-dəniz qüvvələrinin gəmisi ilə yapon esminesi arasında baş verib. Həmin vaxt Çin gəmisinin döyüş radarını yapon gəmisinə yönəltdiyinə görə, Yaponiya Çinə etirazını bildirmişdi. Bundan sonra belə hadisə bir də təkrar olunmayıb. Cənubi Koreya ilə isə belə hadisə heç vaxt qeydə alınmayıb.

Yaponiya Müdafiə Nazirliyi baş verən hadisəni çox ciddi şəkildə araşdırmaq niyyətindədir.