XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2018 - 10:35

“Boko Haram”ın başçısı Əbdülmalik həbs edildi- Polis və xüsusi kəşfiyyat qrupunun birgə əməliyyatında saxlanılıb

Nigeriya polisi “Boko Haram” radikal qruplaşmasının axtarışda olan başçısı Umar Əbdülmaliki həbs edib.

Trend-in məlumatına görə, 2015-ci ildə paytaxtda tərdilmiş terror aktının təşkilində ittiham olunan terrorçu polis və xüsusi kəşfiyyat qrupunun birgə keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb.

U.Əbdülmalikin bankları soyduğu, qatil, partlayıcı qurğular üzrə mütəxəssis olduğu bildirilir.

Qeyd edək ki, 2015-ci ildə Abuca yaxınlığında törədilmiş terror aktlarında 15 nəfər ölmüş, 41 nəfər yaralanmışdı.