XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 11:58

Kanada XİN Çinə çağırış edib:"Saxlanılan kanadalıları dərhal azad edin!"

Kanada XİNi Çini saxlanılan kanadalıları dərhal azad etməyə çağırır. Trend-in məlumatına görə, xarici işlər naziri Xristi Friland rəsmi Ottavanın iki Kanada vətəndaşının “qanunsuz həbsi”ndən dərindən narahatdır və onları dərhal azad etməyə çağırır.

Xatırladaq ki, keçən həftə Çində “Beynəlxalq krizis qrupu”nun əməkdaşı Maykl Kovriq və həmyerlisi, iş adamı olan Maykl Speyvor saxlanılıb. Onlar Çinin təhlükəsizliyinə təhdid olduqlarına görə ittiham olunurlar.