XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 12:31

Gürcüstanın sərhəd polisi NATO təlimlərində iştirak edəcək- Nazirdən açıqlama

Gürcüstanın sərhəd polisi 2019-cu ildə ilk dəfə NATO formatında keçiriləcək təlimlərdə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın daxili işlər naziri Qeorqi Qaxariya parlamentdəki çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, Gürcüstanın polis orqanlarında aparılacaq islahatlardan biri də sərhədlərin mühafizəsində səmərəliliyi artırmaqdır. Sərhədlərin yüksək səviyyədə mühafizəsi ölkəmiz üçün əsas amillərdən biridir. Bu sahədə strateji tərəfdaşlar Gürcüstana ciddi dəstək verirlər. Bu dəstək çərçivəsində Gürcüstana iki “Ayland” markalı sahil mühafizə gəmisi verilib. Bu da Gürcüstana Qara dənizdə sərhədlərin mühafizəsi və NATO ilə əməkdaşlıq sahələrində geniş imkanlar açır. Əminik ki, gələn ildən NATO-nun hərbi təlimlərinə qoşulmağımız Gürcüstanın sərhəd polisinin çevik və daha səmərəli fəaliyyətinə imkan yaradacaq.