XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2018 - 15:02

Yaponiya və Rusiyanın xarici işlər nazirləri Moskvada bir araya gələcək- Görüşlə bağlı hazırlıq işləri başlayıb

Yaponiya və Rusiya sülh müqaviləsinin müzakirəsi üçün xarici işlər nazirlərinin gələn ay Moskvada görüşü ilə əlaqədar son hazırlıq işlərinə başlayıblar.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Taro Kono və Sergey Lavrov yanvarın 14-də Moskvada görüşə bilərlər. Görüşdə Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın da iddia etdiyi dörd mübahisəli ada məsələsinin əsas diqqət mərkəzində olacağı gözlənilir.

Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar ölkənin ayrılmaz tərkib hissəsidir və bu adalar İkinci Dünya müharibəsi nəticəsində işğal edilib.

Baş nazir Şinzo Abenin də Davosda keçiriləcək Dünya İqtisadi Forumuna qədər yanvarın ikinci yarısında Rusiyaya səfəri gözlənilir. O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda sülh müqaviləsinin layihəsinin hazırlanması üçün tərəqqiyə nail olunacağına ümid edir.