XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 17:11

İranın “beton kralı” edam edilib- Məhkəmə hökmü

İranın Ali məhkəməsi Həmidrza Bağeri Dərmani adlı iş adamını ölüm hökmünə məhkum edib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, İranda “beton kralı” kimi tanınan iş adamı tikinti sektorunda fəaliyyət göstərirdi.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, H.B.Dərmani İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalardan sui-istifadə edərək tikinti materiallarının, o cümlədən betonun qiymətini əsassız şəkildə artırmışdı.

Bununla yanaşı, o, cinayətkar dəstə quraraq tikinti bazarında süni qıtlıq yaradırdı ki, qiymətlərin artmasına nail olsun.

İqtisadi cinayətkarlıqda və ölkə iqtisadiyyatına qarşı təxribatlarda günahlandırılan iş adamı Ali Məhkəmə tərəfindən ölüm hökmünə məruz edilib.

Ali Məhkəmənin qərarından 1 gün sonra edam hökmü icra edilib.

Xatırladaq ki, noyabrda da 2 nəfər qızıl alverçisi bazarda yaratdıqları süni ajiotaja görə edam edilib.