XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2015 - 12:45

“Keçmiş SSRİ respublikalarının hamısı Rusiya ərazisidir” – Putindən sensasion açıqlama

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılması ilə bağlı öz versiyasını açıqlayıb. Putin deyib ki, bütün sabiq SSRİ respublikaları Rusiya dövlətinin ərazisidir. Bu haqda “Rossiya” kanalında göstərilən təbliğat filmində danışıb.

Vladimir Putin: “Bizim hər birimizin illüziyamız vardı ki, SSRİ-nin çöküşündən sonra Rusiya könüllü olaraq öz ərazilərinin itirilməsi hesabına tarixi məhdudiyyətlərəə gedəcək, istehsal gücündən imtina edəcək və s. Bizə elə gəlirdi ki, SSRİ-ni mədəni dünyadan ayıran kommunist ideologiyasından imtina ilə zəncirlər qırılaraq düşəcək, azadlıq bizi qapıda qarşılayacaq, qardaşlarımız isə qılıncını bizə verəcək”.

Putin şikayətlənib ki, Qərb Rusiyaya nəinki qılınc verdi, hətta SSRİ-nin olan-qalan gücünü də alıb apardı.