XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 18:22

Macarıstanın iki deputatı ölkənin dövlət televiziyasının binasından zorla çıxarılıb- FOTO

Macarıstan parlamentinin iki deputatı – Akoş Hadhazi və Bentse Tordai ölkənin dövlət televiziyasının binasına daxil olduqdan sonra zorla oradan çıxarılıblar. Deputat Tordai qanun keşikçilərinin gözü qarşısında hasarı aşaraq binaya daxil olub. Eyni zamanda, bir sıra qəzetlər teleşirkətin ofisinə 4 parlamentarinin birdən daxil olmağa cəhd göstərməsindən yazır. Qanunvericilərin məqsədi canlı efirə çıxmaq və Macarıstan əmək qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı “televiziya proqramlarında fikir plüralizmi” tələb etməkdir.

Xatırladaq ki, bu yaxınlarda hökumət tərəfindən əmək qanunvericiliyinə artıq iş vaxtının ildə 400 saatadək artırılmasını nəzərdə tutan dəyişiklik qəbul edilib. Bu sənəd xalq arasında “kölə” qanunu adlandırılıb.

Deputatların zorla televiziya binasından çıxarılması epizodu nümayişçilərlə hakimiyyət orqanları arasında artıq neçə gündür ki, davam edən qarşıdurmanın kulminasiya nöqtəsi olub. On minlərlə insan Viktor Orban hökumətinin siyasətinə etiraz əlaməti olaraq Budapeşt küçələrinə çıxıblar(azərtac).