XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 19:13

Parisdə “sarı jiletlilər”in aksiyası:30 nəfər saxlanılıb

Bu gün Fransanın paytaxtı Parisdə keçirilən “sarı jiletlilər”in aksiyasında 30 nəfər saxlanılıb.

Bu barədə “Report” BFMTV telekanalına istinadən xəbər verir.

Bildirilir ki, fəalların 3-ü həbs edilib. Telekanalın məlumatına görə, mitinqdə 800-ə yaxın insan iştirak edib. Aksiyaçıların böyük hissəsi turist zonası olan Monmartr şəhərindəki Sakre-Ker kilsəsinin yaxınlığında toplaşıblar.

Polisdən bildirilib ki, onlar daha izdihamlı aksiyanın Versalda keçiriləcəyini gözləyib. Lakin bunun etirazçıların manevri olduğu üzə çıxıb.

Qeyd edək ki, bu gün Fransada “sarı jiletlilər”in 6-cı aksiyası keçirilib. Aksiya ilə əlaqədar təhlükəsizliyi 4 min asayiş keşikçisi qoruyub. Onlardan 1225 nəfəri Parisdə olub.

Fransada “sarı jiletlilərin” nümayişləri noyabrın 17-də başlayıb. Onlar qiymətlərin və vergilərin artırılmasına etiraz edirlər.