XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Dekabr 2018 - 10:53

“Sarı jiletlilər”in lideri həbs edildi –Polis 220 aksiya iştirakçısını saxlayıb

Fransada “sarı jiletlilər”in dünən keçirdiyi sayca 6-cı etiraz aksiyasında saxlanılanların sayı 220 nəfərə çatıb. Bu barədə “Report” “France Info”ya istinadən xəbər verir.

Bildirilir ki, saxlanılanlar arasında “sarı jiletlilər”in liderlərindən olan Erik Drue də var.

Aksiya zamanı 81 nəfər polis tərəfindən həbs edilib.

Daha əvvəl bildirilirdi ki, Parisdə keçirilən etiraz aksiyalarında 142 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyasını dağıdıblar və narazıları qarşı su nasoslarından istifadə ediblər.