XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2018 - 11:35

Prezident konsert verdi –Berdıməhəmmədov öz bəstələrini oxuyub (Video)

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Yeni il öncəsi mərasimdə özünün şəxsi mahnılarını ifa edib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, videogörüntülər “Türkmənistan Xronikası”nın “YouTube”dakı kanalına yerləşdirilib.

Berdiməhəmmədov ingilis, alman və türkmən dillərində mahnılar oxuyub, o, həmçinin royalda da müşayiət edib. Mərasimdə prezidentin nəvəsi Kərimqulu da çıxış edib. Bildirilir ki, mahnıların müəllifi odur.

Videoyazının altında qeyd edilir ki, Türkmənistan prezidenti mahnılarını daim özü yazır və başqaları onları təkrar oxuyur. 

Daha əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkə parlamentinə – Məclisə deputat seçilib.