XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

23 Dekabr 2018 - 14:20

Makron:"Dağıdıcılara qarşı ən sərt tədbirlər görüləcək"

Fransa hökuməti “sarı jiletlilər”in nümayişləri zamanı dağıntı və talançılıqla məşğul olanları sərt şəkildə cəzalandıracaq.

“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çada səfəri zamanı deyib.

“Aydın məsələdir ki, ən sərt tədbirlər görüləcək”, – deyə Makron bildirib. Dövlət başçısı etirazçıları barışıq əldə etməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb. “Fransaya indi nizam-intizam, dinclik və həmrəylik lazımdır”, – deyə o qeyd edib.

Ötən gün ölkədə keçirilən etiraz aksiyaları zamanı 220 nəfər saxlanılıb.