Solikamsk mədənində baş vermiş faciə ilə əlaqədar dekabrın 24-də Rusiyanın Perm vilayətində matəm elan olunub.
Yerli KİV-lərin yaydığı məlumata görə, bunu vilayətin qubernatoru Maksim Reşetnikov deyib.
Xatırladaq ki, dekabrın 22-də Solikamsk mədənində baş vermiş yanğın nəticəsində 9 fəhlə tüstüdən boğularaq ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.