XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 09:21

Tramp Ərdoğanla telefonda Suriyanı müzakirə etdi:“Uzun və konstruktiv söhbət elədik...”

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı Suriyada durumu müzakirə edib.

Strateq.az Amerikanın Səsinə istinadən bildirir ki, Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında Ərdoğanla uzun və konstruktiv söhbət etdiyini bildirib. Türkiyə üçün bu addım Birləşmiş Ştatlarla toqquşma mənbəyini aradan qaldırır. Ərdoğan uzun müddət NATO müttəfiqini İŞİD qrupuna qarşı mübarizədə Suriyanın kürd YPG döyüşçülərini dəstəklədiyinə görə kəskin tənqid edib. Türkiyə YPG-ni terrorçu qrup və Türkiyə ərazisində kürd muxtariyyəti uğrunda döyüşən PKK-nin qolu hesab edir.

Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması haqda qərarını elan etməsindən bir gün sonra müdafiə naziri Cim Mattis, bundan sonra isə ABŞ-ın İslam Dövləti qrupuna qarşı mübarizə aparan qlobal koalisiya üzrə xüsusi nümayəndəsi Brett MakGörk istefa veriblər.

Mattis Trampa şəxsən təqdim etdiyi istefa məktubunda onun adını çəkməsə də, özünün və prezidentin xüsusilə də müttəfiqlər və ABŞ-ın gücündən istifadə kimi məsələlərdə kəskin fikir ayrılıqlarını qeyd edib. Pentaqon ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasının əleyhinə idi.