XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 10:03

ABŞ-ın Suriyadan çəkilməsinə İsraildən reaksiya:"Bizim davamlı siyasətimizi dəyişməyəcək"

“İsrail İranın Suriyada mövqelərini möhkəmləndirməsini önləməyə çalışacaq, ABŞ Prezidenti Donald Trampın Amerikanın bütün əsgərlərini Suriyadan çıxarmaq qərarı onu bu yoldan döndərməyəcək”. Bunu İsrailin Baş naziri Benjamin Netanyahudeyir.

2 min ABŞ əsgərini Suriyadan çıxarmaq qərarı bizim davamlı siyasətimizi dəyişməyəcəkİranın Suriyada hərbi baxımdan möhkəmlənmək səylərinə qarşı fəaliyyətimizi davam etdirəcəyik, orada hərəkətlərimizi gərəkən səviyyədə genişləndirəcəyik”, – Netanyahu söyləyib.

Tramp dekabrın 19-da ABŞ əsgərlərini Suriyadan çıxaracağını açıqlayıb və onun bu bəyanatı geniş tənqidə səbəb olub.

ABŞ hərbçiləri 2015-ci ildən Suriyadan İslam Dövləti (İŞİD) terror qrupuyla savaşan ərəb və kürd döyüşçüləri dəstəkləyir. Tənqidçilərin fikrincə, ABŞ-ın Suriyadan çıxması kürd qüvvələrinə xəyanət, Suriyada İran və Rusiyanın qələbə çalması deməkdir.

2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir. Rusiya və İran bu müharibədə Prezident Bashar al-Assadı dəstəkləyir. Birləşmiş Ştatlar və Türkiyə isə müxtəlif üsyançı qrupların arxasında durur. (azadlıq. org)