XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2018 - 22:33

Ayətullah Şahrudi vəfat edib –Məsləhət Şurası sədrinin ölüm xəbəri yenidən təsdiqlənib - YENİLƏNİB

İran KİV-ləri Məsləhət Şurasının sədri Ayətullah Seyyid Mahmud Haşimi Şahrudinin vəfat etməsi barədə məlumat yayıb.

Strateq.az xəbər verir ki, gün boyu xəbər agentlikləri məlumatı gah təsdiq, gah da təkzib ediblər.

Nəhayət, yerli vaxtla saat 22.30-da İran KİV-ləri yenidən məlumatı təsdiqləyən başlıqları manşetə çıxarıblar.

Xatırladaq ki, 2 həftə əvvəl ağır vəziyyətdə Tehrandakı xəstəxanalardan birinə çatdırılan Şahrudi bir neçə ay öncə Almaniyadakı özəl klinikaların birində xərçəng xəstəliyindən  müalicə olunub.

Nəcəf şəhərində anadan olmuş 70 yaşlı məşhur ruhani İslam Respublikasında bir sıra mühüm, o cümlədən ölkənin baş prokuroru, Ekspertlər Şurasının üzvü, habelə İraqda Ali İslam Şurasının rəhbəri vəzifəsini tutub.

Seyyid Mahmud Haşimi Şahrudi şiə aləminin tanınmış siması, mərcəi-təqlidlərindən biri idr.

O, mərhum Ayətullah Seyyid Məhəmməd Baqir Sədrin tələbəsi olub.

Haşimi Şahrudi Məsləhət Şurasının keçmiş sədri Rəfsəncaninin ölümündən sonra quruma rəhbərlik edib.

Şuranın əsas səlahiyyəti hakimiyyət qolları arasında ixtilafların aradan qaldırılmasıdır.

Dekabrın 24-də İran KİV-ləri Haşimi Şahrudinin ölüm xəbərini yaysalar da, ailə üzvləri səhər saatlarında məlumatı rəsmən təsdiqləməyiblər.

Həkim briqadasının üzvlərindən biri deyib ki, “onun sağ qalma ehtimalı yoxdur, lakin ölüm xəbərini ailə üzvləri açıqlamalıdır”.

Xəstəxana əməkdaşları da Ayətullah Şahrudinin bədəninin hələ tibbi cihazlardan ayrılmadığını təsdiqləyiblər.

Jurnalist Fərid Müdərrisi isə oğlunun ifadələrinə istinadən mərhum Məsləhət Şurası sədrinin hələ sağ olduğunu iddia edib. “Tvitter” qeydində o yazıb: “Əllamə Haşiminin oğlu ilə söhbət etdim, dedi ki, atam hələ həyatdadır. Aydın deyil hansı nadürüst səbəbdən rəsmi xəbər agentlikləri bu məlumatı yayıb?”

Məsləhət Şurasının təmsilçisi Pərviz Davudi də yerli vaxtla saat 14-də dövlət  televiziyasına (İRNA) verdiyi açıqlamada iki həftə əvvəl xəstəxanaya yerləşdirilən Ayətullah Haşimi Şahrudinin hələ həyatda, lakin koma vəziyyətində olduğunu təsdiqləyib.