XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 11:01

Vaşinqton Türkiyəyə qarşı əməliyyat üçün PKK-ya yardım edir –500 maşın silah verilib

Pentaqonun Suriyadakı əsgərlərini geri çəkib çəkməyəcəyi məsələsi müzakirə olunduğu bir vaxtda ABŞ-ın PKK terror təşkilatına 500 yük maşını dolu silah-sursat göndərdiyi açıqlanıb.

Türkiyə mediasının yaydığı xəbərə görə, həmin yük maşınları Suriyanın Qamışlı və Dərik adlanan ərazilərinə göndərilib. Artıq silah dolu maşınların Türkiyə ordusunun əməliyyat aparacağı bölgələrdə yerləşdirildiyi qeyd olunur.

Türkiyə mediasının yaydığı xəbərdə bildirilir ki, PKK-ya yardım üçün göndərilən bu silahlar Türkiyə əsgərləri və Azad Suriya Ordusunun əleyhinə istifadə edilərək terrorçuların təhlükəsizliyini möhkəmləndirəcək.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp Suriyadakı qoşunlarını geri çəkəcəyini açıqlamışdı.