XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 11:55

Ağ Ev:"Tramp Suriyadan qoşunlarını çəkmək qərarını dəyişməyəcək"

“ABŞ prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettis və digər yüksək rütbəli məmurların istefasına rəğmən Suriyadan qoşunları çıxarma qərarnı dəyişməyəcək”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev aparatının rəhbəri səlahiyyətlərini icra edən Mayk Malvani ABC kanalına məlumat verib. Malvani Suriya ilə əlaqdar Trampın kursunda hər hansı bir dəyişikliyin baş verib-vermədiyi barədə ehtimalları inkar edib:

“Xeyr, hesab edirəm ki, prezident lap elə əvvəldən insanlara Suriyada əbədi olaraq qalmaq istəmədyimizi açıqlayıb. Siz iki il ərzində görülən işin nəticəsini artıq görürsünüz”.

Donald Tramp isə bu gün tvitter hesabında Suriya ilə bağlı mühüm mesajlar verib və Türkiyə ilə bu mövzuda əməkdaşlığı xüsusi vurğulayıb: “Türkiyə prezidenti Ərdoğan İŞİD-in qalıqlarının kökünü kəsəcəyi barədə məni məlumatlandırdı. O, bu işi görə biləcək bir adamdır. Türkiyə doğru bir qonşudur. Qoşunlarımız evə dönür”,-deyə Trampın yazısında deyilir.

Dünən isə Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla ABŞ prezidenti arasında telefon görüşü baş tutub. Görüşmədə dövlət başçıları iki ölkə arasındakı ticarət münasibətlərindən Suriyadakı proseslərə qədər bir çox məsələlər üzrə qarşılıqlı razılığın olduğunu dilə gətiriblər.