XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 19:26

Bu il ruslar üçün ötən ildən ağır keçib –2018-ci ildə ən önəmli hadisə Krım körpüsünün açılmasıdır

Rusiyalılar üçün bu ilin ən önəmli hadisələri Krım körpüsünün açılması, pensiya yaşının artırılması və prezident seçkiləridir. Bunu “Levada” mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.

Rəyi soruşulanların 47 faizi Rusiyanı Ukraynadan ilhaq etdiyi Krım yarımadası ilə birləşdirən körpünün adını çəkib. İkinci yerdə pensiya islahatı durur – 46 faiz. Respondentlərin 37 faizi prezident seçkisini ən önəmli hadisə sayır.

Sonrakı yerlərdə futbol üzrə dünya çempionatı və Kemerovodakı “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğın gəlir. Kerç boğazında Ukrayna ilə qarşıdurma, Suriya müharibəsi də rusiyalıların əhəmiyyətli hesab etdiyi hadisələr sırasındadır.

Rəyi soruşulanların yalnız 7 faizi İngiltərənin Solsberi şəhərində keçmiş ikili agent Sergey Skripal və qızının zəhərlənməsini, 6 faizsə Rusiyada Telegram messencerinin bloklanmasını önəmli sayır.

Rusiyalıların demək olar yarısı üçün bu il ötənilkindən ağır keçib. (azadlıq.org)