XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 19:32

Livanda izdihamlı nümayişlər başlayıb –Təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaranıb

Livanda iqtisadiyyatın pisləşməsi və qanunvericilərin hökuməti təşkil etməyə çalışdığı siyasi böhrana etiraz olaraq yüzlərlə insan Beyrut küçələrinə çıxıb.

Bəziləri son bir neçə həftədir Fransada etirazçıların geyindiyi sarı gödəkçələrdə olan etirazçılar Beyrutun mərkəzindəki hökumət binasına doğru irəliləyib.

Kütlənin sayı artdıqdan sonra hiddətlənən etirazçılar təhlükəsizlik qüvvələrinə su butulkaları atmağa başlayıb və əsgərlərlə əlbəyaxa olub.

Ordunun verdiyi bəyanatda etirazçılar sakitliyə çağırılıb.

Livan qanunvericiləri ümummilli seçkilərdə əksəriyyətin seçilməməsindən yeddi ay müddətin keçməsinə baxmayaraq, milli birlik hökuməti barədə razılıq əldə edə bilməyib.

Livanın baş naziri Saad Əl-Həriri keçən cümə günü həftə sonu razılaşmanın əldə ediləcəyinə ümid bəslədiyini demişdi. Lakin yüksək səviyyəli siyasətçilər şənbə günü keçirilən müzakirələr zamanı yeni problemlərin yarandığını deyərək, buna ümidlərini itirdiklərini bildiriblər.

(Amerikanın səsi)