XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 10:01

Qəddafinin oğlu Putindən dəstək istədi –Seyfülislam Liviya prezidenti olmağa can atır

Keçmiş Liviya lideri Muammar Qəddafinin oğlu Seyfülislam Rusiya hakimiyyətinə müraciət edərək, 2019-cu ildə keçiriləcək prezident seçkisində ona dəstək olmağı xahiş edib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Mənbə yazır ki, Seyfülislam Qəddafi Rusiya prezidenti Vladimir Putinə belə bir məktub göndərib. Məlumata görə məktubu şəxsən onun özü, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanova verib.

Görüş bu ilin dekabrında olub. Seyfülislam məktubda Rusiyadan siyasi dəstək istəyir. O hesab edir ki, Moskva Liviyadakı müxtəlif qüvvələr arasında aparılan danışıqlarda vasitəçi olacaq, həmçinin ona maliyyə yardımı göstərəcək.

Rusiyanın Xarici İşlər Nazirliyi məlumatı şərh etməkdən imtina edib.

“Bloomberg”in mənbəsi deyir ki, Rusiya hələlik dəstəkləyəcəyi namizədi müəyyən etməyib. 2019-cu ilin əvvəllərində BMT-nin dəstəyi ilə Liviyada prezident seçkisi keçirilməlidir. Bundan əvvəl seçkinin dekabrda keçirilməsi nəzərdə tutulurdu. Amma Palermo görüşündə onun gələn ilə keçirilməsi barədə razılıq əldə edildi.

Həmin görüşdə xüsusilə Rusiyanın baş naziri Dimitri Medvedev və Liviya ordusunun baş komandanı Xəlifə Xaftar  iştirak edirdilər. X. Xaftarın Moskva ilə əlaqəsi var və prezidentliyə namizədlərdən biri hesab olunur.

Seyfülislam 1972-ci ildə Tripolidə doğulub.Liviya və İsveçrədə təhsil alıb. Fəlsəfə elmləri doktorudur. 1990-2000-ci illərdə Liviyada liberal islahatlar təşəbbüsü ilə çıxış edib. Böyük Britaniya ilə ticarət əlaqələrinin bərpası ilə bağlı danışıqlarda iştirak edib. Atasaı Muammar Qəddafi 2011-ci ildə devrildikdən sonra milli keçid şürasına müqavimət hərəkatına rəhbərlik edib, amma tezliklə keçid hökumətinin tərəfdarları tərəfindən yaxalanıb.

2015-ci ildə ölüm hökmünə məhkum edilib. Amma kütləvi informasiya vasitələri (KİV) bir il sonra onun amnistiyaya düşərək azad edildiyini yazdılar. 2018-ci ilin martında Seyfülislam Qəddafi prezidentliyə namizədliyini verib.

(azadliq.org)