XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 December 2018 - 10:34

Sunamidə ölənlərin sayı 400-ə yaxınlaşır –İndoneziyada itkin düşənlərin axtarışları davam etdirilir

İndoneziyada xilasediciləri dekabrın 22-də böyük bir ehtimalla vulkan püskürməsi nəticəsində yaranmış sunamidən sağ çıxa biləcək insanların axtarışını davam etdirirlər. Rəsmi rəqəmlərə görə təsdiq olunmuş ölü sayı 373 nəfərə yüksəlib.

İndoneziya təbii fəlakət nəticələrinin aradan qaldırılması agentliyi dekabrın 24-də bildirib ki, qurbanların sayını göstərən rəqəmin artacağı gözlənilir. Fəlakət zamanı 1400 nəfərin xəsarət aldığı xəbər verilir.

Agentliyin sözçüsü Sutopo Purvo Nugroho deyib ki, bəzi qurbanların hələ də xarabalıqların altında sağ ola biləcəyi güman edilir. (azadliq.org)