XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 17:10

Tehranda saxlanılan akademik Londona qayıdıb –Xarici İşlər Nazirliyindən açıqlama

Təhlükəsizlik ittihamları ilə Tehranda saxlanmış İran əsilli britaniyalı akademik Londona qayıdıb. Bu haqda Britaniyanın Xarici İşlər Nazirliyi dekabrın 25-də məlumat yayıb.

Londonun İmperial Kollecinin kompüter elmləri və riyaziyyat üzrə professoru Abbas Edalat apreldə İranda saxlanmışdı, onun nüfuzetmə şəbəkəsində rolu olduğu iddia edilirdi.

Sanksiyalara və İrana Hərbi Müdaxiləyə qarşı Kampaniya xeyriyyə təşkilatı Edalatın ötən həftə buraxıldığını bildirib. Akademik saxlananda İranın xəbər agentliyi onun Britaniyanın casus şəbəkəsinin üzvü olduğunu bildirmişdi. Şəbəkə üzvlərinin müəyyənləşdirilərək saxlandığı xəbər verilirdi.

Müharibəyə etiraz qrupu olan kampaniya vebsaytında yazıb ki, Edalatın saxlanması dezinformasiya, İranın təhlükəsizlik aparatı tərəfindən anlaşılmazlıq idi. İranda saxlanan ikili vətəndaşlıqlı şəxslər arasında xeyriyyə işçisi Nazanin Zaghari-Ratcliffe də var. O, 2016-cı ilin aprelində Tehranda saxlanıb.

Zaghari-Ratcliffe hökumət əleyhinə təbliğat ittihamıyla beş il həbsə məhkum edilib, özü ittihamı rədd edir.

(Azadlıq radiosu)