XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 22:04

Avropa ölkələri son dörd ayda 411 Gürcüstan vətəndaşını deportasiya edib –DİN statistikanı açıqladı

Cari ilin avqust-noyabr aylarında 411 Gürcüstan vətəndaşı Avropa ölkələrindən deportasiya olunub.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, Gürcüstan vətəndaşları ən çox Almaniyadan (152 nəfər) deportasiya olunublar. Gürcüləri deportasiya edən ölkələr sırasında ikinci yerdə Avstriya (74 nəfər), üçüncü yerdə isə Fransa dayanır (70 nəfər).

Hesabat dövründə Avropa ölkələri 603 nəfər Gürcüstan vətəndaşına viza verməkdən imtina edib. Bu ölkələr sırasında İtaliya (158 nəfər) birinci, Almaniya ikinci (69 nəfər), Kipr Respublikası isə üçüncü yerdədir (69 nəfər).

Azərtac