XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 09:10

Medvedev Ukraynaya sanksiyalar elan etdi –200-dək fərd və müəssisə "qara siyahıya" salındı

Rusiya baş naziri Dmitri Medvedev Moskvanın Ukraynanın hüquqi şəxslərini və fərdlərini hədəfləyən sanksiyalarını genişləndirib.

Medvedev dekabrın 25-də Twitter-də yazıb ki, Rusiya dövlətinin, şirkət və vətəndaşlarının maraqlarının qorunması naminə Ukraynaya qarşı sanksiyalar siyahısına 200-dək fərd və müəssisə əlavə edilib.

Noyabrın 1-də Rusiya Ukraynanın 322 fərdinə və 68 şirkətinə qarşı xüsusi iqtisadi tədbirlər elan edib. Bu sanksiyalara görə qeyri-nəqd hesablarının və başqa aktivlərin dondurulması, habelə Rusiyadan kapital transferlərinə qadağan qoyulması daxildir.

Rusiyanın ilkin sanksiya siyahısına daxili işlər naziri Arsen Avakovun, təhlükəsizlik xidmətinin başçısı Vasili Xırtsakın, keçmiş baş nazirlər Yulia Timoşenko və Arseni Yatsenyukun, habelə Krım tatarlarının lideri Mustafa Cemilovun və keçmiş sağ sektor rəhbəri Dmitri Yaroşun adları daxil edilmişdi.

Bu siyahı prezident Vladimir Putinin 22 oktyabr tarixli fərmanına əsasən tərtib olunmuşdu.

Putin həmin vaxt demişdi ki, Ukrayna Rusiya şirkət və vətəndaşlarına qarşı məhdudiyyətləri ləğv edərsə, sözü gedən sanksiyalar qaldırıla bilər. Kiyev Rusiyanın bir sıra şirkət və vətəndaşlarına qarşı sanksiyaları Moskva 2014-cü ildə Krımı ilhaq etdikdən sonra qoyub.

(Azadlıq radiosu)