XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 13:56

Almaniya XİN başçısı:"Nüvə silahlarının Avropada yerləşdirilməsinə qarşı çıxacağıq"

“Almaniya əhalisinin çoxu nüvə başlıqlarının Avropada yerləşdirilməsinə qarşıdır”.

“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas dekabrın 26-da DPA-ya müsahibəsində bildirib.

O xəbərdarlıq edərək vurğulayıb ki, Almaniya 30 il əvvəl ABŞ-la keçmiş SSRİ arasında bağlanan yaxın və uzaq mənzilli raketlərin ləğv edilməsi müqaviləsinin pozulmasına qarşı çıxacaq: “Avropa sürətlə silahlanma müzakirələrinin meydanına çevrilməməlidir. Orta mənzilli raketlərin Avropada yerləşdirilməsi Almaniyada böyük etiraz doğuracaq. Nüvə silahlanmasının kökləri soyuq müharibə illərinə gedib çıxır. 80-ci illərin siyasəti günümüzün suallarını cavablandırmağa kömək edə bilmir”.