XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 14:02

Ukraynada hərbi vəziyyət başa çatır- Bu gün

Ukraynada elan edilən hərbi vəziyyətin müddəti bu gün başa çatır.

AZƏRTAC xəbər verir ki, 30 gün müddətinə Ukraynanın Odessa, Sumı, Xarkov, Nikolayev, Çerniqov, Vinnitsa, Luqansk, Herson, Donetsk, Zaporojya vilayətlərində, həmçinin Azov dənizində tətbiq edilən hərbi vəziyyət dekabrın 26-sı yerli vaxtla saat 14:00-da başa çatır.

Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenkonun Ali Radaya təqdim etdiyi sənəddə ölkədə hərbi vəziyyətin 60 gün olması təklif edilmişdi. Lakin Ali Radada aparılan məsləhətləşmələrdən sonra sənədə dəyişiklik olunub.

Xatırladaq ki, noyabrın 25-də səhər saatlarında Rusiya dəniz qüvvələrinə məxsus gəmilərin Kerç körfəzindən çıxan Ukrayna hərbi dəniz qüvvələrinə aid gəmi qrupuna atəş açması tərəflər arasında ciddi qarşıdurmaya gətirib çıxarıb. Ukrayna beynəlxalq təşkilatları Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.