XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 15:38

Tramp ordunu Əfqanıstanda da geri çəkməyə hazırlaşır –Kabil hökumətində görünməmiş təlaş yaşanır

ABŞ prezidenti Donald Trampın gələcək həftələrdə Əfqanıstandakı Amerika qoşunlarının yarısını geri çəkməyi nəzərdən keçirdiyi deyilir. ABŞ administrasiyasının hələ ki, təsdiq etmədiyi bu qərar Əfqanıstanda və regionda rəsmiləri sarsıdıb.

Ötən həftə ABŞ qoşunlarının Əfqanıstandan geri çəkiləcəyinə dair xəbərlər əfqanlar və regiondakı digər ölkələr ABŞ-ın Talibanla müharibəyə son qoymaq üçün danışıqlara çağırmaq israrını dəyərləndirməyə çalışdığı vaxta təsadüf edib.

Əfqanıstan rəsmiləri ictimaiyyət qarşısında qoşunların sayının azaldılmasının əhəmiyyətini rədd edir, bağlı qapılar arxasında isə narahatdırlar ki, onların təhlükəsizlik qüvvələri ABŞ-ın dəstəyi olmadan Talibanın qarşısını almaqda çox çətinlik çəkəcək.

Əfqanıstandakı beynəlxalq qüvvələrin amerikalı komandiri əfqanların narahatlığını aradan qaldırmağa çalışıb.

“Siz də qəzetlərdən mənim eşitdiyim şayiələri oxumusunuz, amma mən hər kəsi əmin etmək istəyirəm ki, mənə heç bir göstəriş verilməyib, ona görə də heç nə dəyişməyib. Amma mənə hər hansı əmr verilsə, bilin ki, biz hər zaman təhlükəsizlik qüvvələrinin yanında olacağıq. Bizim sayımız azalsa da, hər şey yaxşı olacaq”, o deyib.

Lakin Kabildəki siyasi şərhçilər qoşunların sayının azaldılmasını ABŞ və Taliban rəsmiləri arasında Birləşmiş Ərəb Əmirliklərində baş tutan görüşlərin nəticəsi olaraq görür. Bəziləri çox yaxında qiyamçılar tərəfindən də bənzər güzəştlərin olacağını gözləyir, məsələn zorakılıqların azaldılması kimi.

“Prezident Donald Trampın 7 min Amerika əsgərinin çox yaxında və ya önümüzdəki yayda Əfqanıstanı tək edəcəyini elan etməsi Əfqanıstanda sülh üçün uyğundur və biz bunun müsbət təsirinin olacağına dair nikbinik” – deyə, əfqanıstanlı siyasi təhlilçi İntizar Xadim bildirib.

Qonşu Pakistanda rəsmilər və şərhçilər deyir ki, onlar uzun zamandır ABŞ-ın qoşunlarını geri çəkəcəyini gözləyirdi, lakin qoşunların sayının kəskin şəkildə azaldılmasının xoşagəlməz nəticələri ola bilər. Pakistanın Əfqanıstanın Taliban liderlərini sığınacaqla təmin etdiyi deyilir.

“Fikrimcə, bunun Əfqanıstan və region üçün nəticələrini görmək üçün bir az daha gözləməliyik. Amma düşünürəm ki, bu, Əfqanıstanın tamamilə Taliban tərəfindən ələ keçirilməsinə doğru atılan böyük addımdır” – sabiq pakistanlı diplomat Rauf Həsən deyib.

Bəzi təhlilçilər Talibanın Kabildə yenidən gücü ələ keçirəcəyinin və ölkədə qızların təhsil almasını, qadınların isə evdən kənarda hər hansı işlə məşğul olmasını qadağan edən islamçı idarəetmə sistemini təqdim etməsinin mümkün olmadığını deyir.

“Talibanı dəstəkləyənlər deyir ki, onlar hakimiyyətdə ikən Əfqanıstanda sülh bərqərar olmuşdu. Açığını desəm, o dövrdə ölkədə məzarlıq sükunəti var idi”, Pakistanın Kabildəki sabiq səfiri Asif Durrani bildirib.

Lakin skeptiklər Əfqanıstandakı yeni reallıqlar fonunda Talibanın siyasi barışıq əldə etmək istəyəcəklərini gözləmir.

(Azadlıq radiosu)